UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.
Redaktor.az xəbər verir ki, “Roma” səfərdə AZ-la, “Tottenhem” Almaniyada “Hoffenhaym”la üz-üzə gəlib.
“Mançester Yunayted” doğma meydanda “Reyncers”lə qarşılaşıb. “Fənərbağça” isə öz meydanında “Lion”la qolsuz bərabərliyə razılaşıb.
“Olimpiakos” səfərdə “Portu”ya 1:0 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
Liqa mərhələsi
VII tur
“Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) 0:1
AZ (Niderland) - “Roma” (İtaliya) 1:0
“Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) 0:0
“Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya) 2:3
“Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika) 2:0
“Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail) 3:1
“Malmö” (İsveç) - “Tvente” (Niderland) 2:3
“Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə) 2:3
“Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya) 2:1
“Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan) 2:0
“Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya) 3:1
PAOK (Yunanıstan) - “Slaviya” (Çexiya) 2:0
“Yunion” (Belçika) - “Benfika” (Portuqaliya) 2:1
“Ludoqorets” (Bolqarıstan) - “Midtyullan” (Danimarka) 0:2
RFS (Latviya) - “Ayaks” (Niderland) 1:0
“Elfsborq” (İsveç) - “Nitsa” (Fransa) 1:0
Qeyd edək ki, yanvarın 31-də UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar avtomatik 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yerləri tutan komandalar isə pley-off oyunları keçirəcək. Onlar 1/8 finala yüksəlmək üçün mübarizə aparacaqlar. Bu mərhələdə ilk matçlar fevralın 13-də, cavab qarşılaşmaları isə 20-də keçiriləcək.