RU

Qazaxıstanda 4 ekstremist saxlanılıb

“Yanvarın 22-də Milli Təhlükəsizlik Komitəsi Astana və Akmola vilayətinin Koşi şəhərlərinin prokurorluqları ilə birgə dörd Qazaxıstan vətəndaşını saxlayıb. Onlar terrorizmi təbliğ etməkdə, ekstremist fəaliyyətlərin təşkilində və iştirakında, yeni tərəfdarlar cəlb etməkdə şübhəli bilinirlər”.

“İki sahil” KazTAG-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, saxlanılan şəxslərən dini materiallar və digər sübutlar götürülüb.

Bildirilib ki, Cinayət-Prosessual Məcəllənin 201-ci maddəsinə əsasən iş üzrə digər məlumatlar açıqlanmayacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
8
ikisahil.az

1Источники