"YouTube" video xidməti ödənişli abunəçilər üçün qısa videoların oflayn izlənməsi, təkmilləşdirilmiş səs və digər yeni funksiyaları test edir.
Oxu.Az bu barədə şirkətin məlumatında deyilir.
Bildirilib ki, "YouTube Premium" istifadəçiləri eyni zamanda bir neçə funksiyanı test etmək və digər xidmətlərlə birləşdirərək abunə qiymətini azaltmaq imkanı əldə ediblər.
İndi abunəçilər kliplərdə daha dərin və aydın 256 kbit/s sürətlə audio dinləyə bilərlər.
"iOS"da "şəkil içində şəkil" funksiyası ilə digər tətbiqlərdən istifadə edərkən eyni zamanda "Shorts" qısa videoları izləmək və oflayn baxmaq üçün yükləmək mümkün olacaq.
Veb-versiyada süni intellekt funksiyaları vasitəsilə videonun ən populyar anlarına keçmək mümkün olacaq.
Həmçinin "YouTube Premium" abunəsinin qiymətini "Google One" bulud saxlama xidməti ilə birləşdirərək azaltmaq olar. Qənaət ayda 2 dollar təşkil edəcək.