“Qərb Ukraynadakı uğursuzluqdan sonra İttifaq dövlətində sabitliyi pozacaq”.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “TASS”a müsahibəsində məlumat verib.
O qeyd edib ki, Qərb ölkələri Kiyevə yardım üçün böyük pullar xərcləməsinə baxmayaraq, xüsusi hərbi əməliyyatın gedişinə təsir göstərə bilməyib:
“Əsas diqqətin yenidən İttifaq dövlətində vəziyyətin daxildən destabilləşdirilməsinə yönələcəyini proqnozlaşdırmaq tamamilə mümkündür”, - deyə Şoyqu bildirib.
O əlavə edib ki, bu təhlükə ilə bağlı qabaqlayıcı tədbirlər görülür.
Daşqın HəsənovMissiya.Az