2024-cü il ərzində Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin göstəricisinə nisbətdə 1,8 dəfədən çox artaraq 464,2 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan İsveçrəyə ixrac: 220,4 milyon dollar (+25,7 faiz)
İsveçrədən Azərbaycana idxal: 243,8 milyon dollar (+3,3 dəfə)
2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 0,97 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,49 faiz bəndi çoxdur.
*Mənbə: Dövlət Gömrük Komitəsi