Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Gənclik və 28 may metroları ətrafında bəzi yollarda işıqforların işləməməsinə aydınlıq gətirib.
Qrumdan bildirilib ki, qeyd olunan yollarda işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub:
"Aidiyyəti dövlət qurumu tərəfindən qısa zamanda elektrik enerjisinin verilişi bərpa olunub və hazırda işıqforlar tam işlək vəziyyətdədir".