RU

Şoyqu: Nüvə dövlətlərinin toqquşma riski artır

“Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir, nüvə ölkələri arasında toqquşma riskləri artır”.

Bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Soyqunun sözlərinə görə, Qərb ölkələri Rusiya və Belarusa qarşı ideoloji və dəyərləri sarsıdan təcavüzə əl atıb: “Onlar nəinki iqtisadi sanksiyalarla zərbə vururlar, həm də ölkələrin daxili siyasi vəziyyətində qeyri-sabitlik yaratmağa çalışırlar. Daxili sabitliyi, ictimai quruluşu pozmaq, yad ideologiyanı yaymaq cəhdləri səngimir”.

O hesab edir ki, Qərbin bu hərəkətləri təkcə Rusiya və Belarusa deyil, bütövlükdə beynəlxalq vəziyyətə neqativ təsir göstərir.

“Beynəlxalq strukturların (Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı və s.) aktiv şəkildə dəyərsizləşdirilməsi aparılır, bu təşkilatlar getdikcə daha çox siyasi alətə çevrilir. Kosmosda silahlanma yarışının qarşısının alınması üçün beynəlxalq səyləri sarsıtmağa, kosmik fəzanı yeni silahlanma meydanına çevirməyə cəhdlər edilir. Bu hərəkətlər isə birbaşa bizim ölkələrin zəifləməsinə yönəlib və bizi suverenlikdən, öz yolumuzu sərbəst şəkildə seçməkdən, strateji maraqlarımızı reallaşdırmaqdan məhrum etməyə hesablanıb”, - deyə Şoyqu vurğulayıb.

Избранный
8
2
herbiand.az

10Источники