RU

Avropa Liqası: Mərhələ adlayanlar və şansları qalmayanlar - Siyahı

UEFA Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış növbəti mərhələni təmin etmiş 15 klub müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, İtaliyanın "Latsio" klubu 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanan ilk komanda olub.

“Ayntraxt” (Almaniya), “Atletik” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Lion” (Fransa), “Tottenham” (İngiltərə), “Anderlext” (Belçika), FCSB (Rumıniya), “Qalatasaray” (Türkiyə), “Budo/Qlimt” (Norveç), "Viktoriya Plzen" (Çexiya), "Olimpiakos' (Yunanıstan), 'Reyncers" (Şotlandiya), "AZ Alkmaar' (Niderland) və "Royal Yunion" klubları isə pley-offa yüksəliblər.

Qalan 9 pley-off vəsiqəsi uğrunda 14 klub mübarizə aparacaq: "Ayaks" (Niderland), PAOK (Yunanıstan), "Real Sosyedad" (İspaniya), "Midtüllan" (Danimarka), "Elfsborq" (İsveç), "Roma" (İtaliya), "Ferentsvaroş" (Macarıstan), "Fənərbağça" (Türkiyə), "Beşiktaş" (Türkiyə), "Portu" (Portuqaliya), "Tvente" (Niderland), "Braqa" (Portuqaliya), "Hoffenhaym" (Almaniya) və "Makkabi Təl Əviv" (İsrail).

Avropa Liqasında növbəti mərhələ şansını isə 7 klub itirib. Azərbaycanın Liqa mərhələsində yeganə təmsilçisi "Qarabağ"la yanaşı, Latviyanın RFS, Çexiyanın "Slaviya Praqa", İsveçin "Malmö", Bolqarıstanın "Lüdoqorets", Fransanın "Nitsa" və Ukraynanın "Dinamo Kiyev" klubları da Avropa Liqasının növbəti mərhələsinə vəsiqədən məhrum olublar.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin final oyunları yanvarın 30-da keçiriləcək.


Müəllif: Royal Həsənov
Избранный
3
27
teleqraf.com

10Источники