RU

Ermənistan hökumətinin irqçi siyasəti qınanılıb

Ermənistanın Xarici Kəşfiyyat Xidməti 2025-ci il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib. Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. 
Sənəddə deyilir: “Etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət göstərir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübuta yetirir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir”.
Bəyanatda, həmçinin vurğulanıb: “Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan Qərbi azərbaycanlıların qayıdış hüququnu təmin etməyi tələb edir”.

Избранный
2
12
xalqqazeti.az

10Источники