RU

Cərimələr svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək

Cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, cərimələrdən daxil olan vəsait aşağıdakı təyinat üzrə istifadə olunur:

- yol hərəkətinin təhlükəsiz təşkili tədbirlərinin maliyyələşdirilməsinə;

- yol hərəkətini nizamlama vasitələrinin, yol nişanlarının tətbiqi ilə bağlı xərclərin ödənilməsinə;

- DYP-nin texniki vasitələrlə təminatının təkmilləşməsinə;

- yol hərəkətinə nəzarət üçün müasir ölçü cihazlarının alınmasına;

- qəza-xilasedici avadanlıqların alınmasına;

- cərimələrin ödənişi üçün inzibati protokolların blanklarının, cərimə qəbzlərinin, qeydiyyat jurnallarının və s. çap məhsullarının hazırlanmasına;

- inzibati materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsinə;

- “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.



Избранный
4
3
visiontv.az

10Источники