RU

Mehdiabadda iki əl qumbarası və partladıcılar aşkar edildi

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində sursat aşkar edilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd DVM-78 partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Избранный
8
50
publika.az

10Источники