RU

SON DƏQİQƏ: Təyyarə qəzası ilə bağlı məlumatlar açıqlanacaq – BU TARİXDƏ

“Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlana bilər”. 

Bizim.Media “Bestnews.kz”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikası Baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. 

Qazaxıstan Respublikası Baş nazirinin müavini qeyd edib ki, Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərlə yanaşı, ICAO nümayəndələri də istintaqa qoşulub. 

“Bir aydır ki, ICAO standartlarına uyğun olaraq aviasiya orqanları qəzanı araşdırır. Ümid edirik ki, məlumatların ilkin hissəsi gələn həftə dərc olunacaq”, - Bozumbayev bildirib. 

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bizim.Media

Избранный
14
50
bizim.media

10Источники