İstanbulun Tuzla rayonunun Aydınlı məhəlləsində sərnişin mikroavtobusu təxminən 20 metr hündürlükdən çay yatağına düşüb.
Milli.Az türk mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilib.
Xəbərdarlıq üzərinə hadisə yerinə çox sayda polis, xilasetmə, sağlamlıq qrupları sövq edilib.
Hadisə yerinə gələn qrupların müdaxiləsindən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Milli.Az