RU

Trampın andiçmə mərasimi şərəfinə keçirilən tədbirlərdə onun qızının taxdığı zinət əşyaları 1,1 milyon dollara başa gəlib

 

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın atasının  andiçmə mərasimi şərəfinə keçirilən tədbirlərdə taxdığı Leviev zinət əşyaları 1,1 milyon dollara başa gəlib.

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, inauqurasiya ərəfəsində şam yeməyində İvanka Tramp kristallar və mirvarilərlə işlənmiş Oscar de la Renta libasını geyinib, ,”Leviev”in brilyant və platin armud formalı sırğalarını taxıb. 18,08 karatlıq sırğaların pərakəndə satışı 900.000 dollardı. Bunu Leviev nümayəndəsi Business Insider-ə bildirib.

 

Andiçmə mərasimindən sonra keçirilən Liberty Inauural Ball-da da İvanka Leviev zinət əşyaları taxıb: 50 karatlıq brilyant boyunbağı və 10 karatlıq brilyant qaşlı sırğalar. Boyunbağının qiyməti təxminən 180.000 dollar, sırğaların qiyməti isə 60.000 dollardır.

 

Beləliklə, İvanka Trampın inauqurasiya mərasimlərində geyindiyi libasların və taxdığı zərgərlik məmulatlarının ümumi dəyəri 1,1 milyon dollardan bir qədər çox olub.

 

Elcan

Missiya.Az

 

 

Избранный
4
2
missiya.az

3Источники