RU

Eynicinsililərin evliliyini qanuniləşdirib toy etdilər - FOTOLAR

Ötən gün Taylandda yüzlərlə eynicinsli cütlük evlənib.

 

Sfera.az CNN-ə isrinadən xəbər verir ki, buna səbəb ölkədə eynicinsdən olanların evlənməsinə verilən icazə olub.

 

Qanun layihəsi, heteroseksual cütlüklərlə eyni evlilik hüquqları uğrunda on ildən çox mübarizə aparan LGBTQ+ icması üçün mühüm qələbə hesab olunub.

 

Tayland parlamenti tərəfindən qəbul edilən və keçən il kral tərəfindən təsdiqlənən qanunvericiliyə əsasən, eynicinsli cütlüklər nikahlarını tam hüquqi, maliyyə və tibbi hüquqlar, həmçinin övladlığa götürmə və vərəsəlik hüquqları ilə qeyd edə bilirlər.

 

Toy şənlikləri ölkənin şərq sahilindəki Pattaya şəhərindən dağlıq şimaldakı Chiang Mai şəhərinə qədər uzanan ölkənin digər yerlərində də keçirilir.

 

İnci

 

 

Избранный
10
30
sfera.az

10Источники