Oğuz şəhəri Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Gülər Ənsərli respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində tarix fənnindən təqdim olunmuş bütün suallara düzgün cavab verərək, maksimum nəticə əldə edib.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, fənn olimpiadalarının rayon (şəhər) mərhələsində regional idarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə ümumilikdə 4913 şagird biliyini sınayıb və onlardan 1145 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.