Murad Arifin Rus Bölmələrinin Bağlanması Təklifinə Təhsil Ekspertindən Etiraz. Tanınmış müğənni Murad Arif Elm və Təhsil Nazirliyini tənqid edərək, rus bölmələrinin bağlanmasının tərəfdarı olduğunu bildirib. O, sosial mediada etdiyi paylaşımda, Azərbaycan dilinin tədrisini gücləndirmək üçün rus bölmələrində Azərbaycan dilinin fənn olaraq daha çox tədris olunmalı olduğunu vurğulayıb. Müğənni, həmçinin ibtidai siniflərdə rus bölmələrinin bağlanması, 4-cü sinifdən sonra isə şagirdlərə istədikləri dili seçmək imkanı verilməsi təklifini irəli sürüb."Əgər Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə, rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir. İbtidai siniflər üçün rus bölməsi bağlanmalıdır, 4-cü sinifdən sonra isə şagirdlər istəyən rusca, istəyən isə yaponca oxumağı seçməlidir. Amma rus bölməsində Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi yalnız bir nəticə verəcək - uşaqlar tariximizi bilməyəcəklər", – deyə Murad Arif bildirib.TehsilForumu.Az-a münasibətini bidirən təhsil üzrə ekspert Əmrah Həsənli Murad Arifin təklifinə birmənalı qarşı olduğunu açıqlayıb. Əmrah Həsənli, ibtidai siniflərin formalaşma dövrü olduğunu və burada təhsil dilinin inhisarına yol verilməsinin yanlış olduğunu qeyd edib. Ekspert, Azərbaycanda rus bölmələrinin mövcudluğunun çoxmədəniyyətli cəmiyyətin qurulması üçün vacib olduğunu və bu sahədə hər hansı bir dəyişiklik etməzdən əvvəl təkliflərin elmi əsaslarla qiymətləndirilməsinin lazım olduğunu bildirib."Murad Arifin söylədikləri çox emosional və səthi yanaşmadır. Təhsil hər zaman yenilik və dəyişiklik prosesidir, lakin bunları düzgün şəkildə tətbiq etmək və öyrənmək vacibdir. Təhsil dilindəki dəyişikliklər, çoxmədəniyyətli cəmiyyətin harmoniyasını zədələyə bilər və cəmiyyətdə ayrı-seçkiliyə səbəb ola bilər", – deyə ekspert vurğulayıb.Əmrah Həsənli həmçinin, rus dili tədris edən müəllimlərin işsiz qalma ehtimalının da təhsil sahəsində işsizlik problemini artıracağına diqqət çəkib. Onun sözlərinə görə, uşaqların ana dili kimi rus, Azərbaycan və ya digər dilləri öyrənməsi üçün valideynlər dəstəklənməlidir.Murad Arifin "balalarımız təcrübə dovşanı deyil" ifadəsi ilə irəli sürdüyü yanaşma, ekspert tərəfindən həddindən artıq sadələşdirilmiş və birmənalı olmadığı qeyd edilib. Həsənli, təhsil metodlarının müasir və səmərəli şəkildə tətbiq edilməsinin vacib olduğunu, ancaq bu dəyişikliklərin düzgün planlaşdırılmalı və həyata keçirilməli olduğunu bildirib.Qeyd edək ki, bu müzakirələr, ölkədə təhsil sahəsindəki müxtəlif yanaşmaların və dəyişikliklərin cəmiyyətdə necə qarşılandığını bir daha gündəmə gətirir.Aymirə Ağamirova TehsilForumu.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта