RU

Bakı Metropoliteni vaqonlar üçün fara almaqdan imtina etdi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin 81-765Б serialı vaqonlar üçün işıq diodlu faraların (sağ, sol) alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.

 

Qurum vaqonlar üçün alınacaq 18 ədəd faraya 166 447 AZN xərcləməyi planlaşdırmışdı.

 

Cabir Həsənov

Tarix: 24 Yanvar 2025, 12:11   
Избранный
15
5
pravda.az

10Источники