RU

Bir gündə 500-dən artıq şəxs həbs edildi – Tramp immiqrantlara sərt üzünü göstərməyə başlayıb

Seçki öncəsi qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə aparacağına açıq şəkildə bəyan edən ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından qısa müddət sonra ölkədə bir gündə 538 sənədsiz immiqrant saxlanılıb, 373 nəfərin saxlanması ilə bağlı tələb irəli sürülüb.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi xismətinin “X” hesabından paylaşım edilib.

Paylaşımda “Bu, ABŞ prezidenti Donald Tramp administrasiyasının ölkəmiz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün atacağı addımların sadəcə kiçik bir baxışıdır”, - mesajı yer alıb.

Saxlanılan şəxslərin bəzilərinin adları və törətdikləri cinayətlər nümunə kimi “X”-də paylaşılıb.

“AzPolitika.info”

Избранный
5
50
azpolitika.info

10Источники