RU

Fidan Rubio ilə sülh müqaviləsini müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin yeni təyin olunmuş dövlət katibi Marko Rubionun Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışığı dünən baş tutub.  Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və bölgədəki ortaq maraqlarımızı bir daha təsdiqləyib.

Dövlət katibinin mətbuat katibi Tammi Bryusun sözlərinə görə, həmsöhbətlər xüsusilə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.

"Dövlət katibi və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini müzakirə ediblər", - məlumatda deyilir.

Избранный
26
6
cebheinfo.az

10Источники