RU

Xəzər DYP yanvar ayında 341 qayda pozuntusu aşkarladı — Sərxoş sürücülər tutulub (FOTO)

Yanvar ayı ərzində Xəzər rayonu ərazisində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 341 fakt aşkarlanıb. AzPost xəbər verir ki, bu barədə Xəzər DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis baş leytenantı Anar Məmmədov məlumat verib. Belə ki, DYP əməkdaşları xidmət ərazisində 10 sərxoş sürücü aşkarlayıb.

Eyni zamanda 16 avtomobildə konstruksiya dəyişiklikləri, 34 işıqforun qadağanedici nişanının tələbini pozma faktı müəyyən edilib. Həmçinin qanunsuz taksi fəaliyyəti ilə məşğul olan 101 sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.
Aşkarlanmış faktlar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri görülüb.

Qeyd edək ki, müvafiq tədbirlər mütamadi olaraq davam etdiriləcək.



Избранный
21
demokrat.az

1Источники