![ADY-nin](https://1news.az/images/2025/01/24/20250124014500763/thumb.jpg?2025-01-24+13%3A46%3A54)
29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) 1news.az-a verilən məlumata görə, Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək.