RU

Məşhur müğənni işçilərinə pul payladı

Dünya şöhrətli milyonçu pop ulduz Teylor Svift işçilərinə 55 milyon dollar bonus paylayıb.

“Cebheinfo.az” xəbər verir ki, Eras turunda 2 milyard dollarlıq bilet satan Teylor bunu ona belə böyük nailiyyətlər qazandıran insanlarla bölüşmək istəyib.

Turun üzvü bu yaxınlarda ona 100 000 dollar bonus hədiyyə edildiyini açıqlayıb.

“Life&Style” jurnalına danışan şəxs açıqlamasında, "Teylorun böyük ürəyi var. 

O, insanlara layiq olduqlarını mütləq verir. Belə bonusları, hətta idman klubları paylaya bilmir” deyib.

Qeyd edək ki, 35 yaşlı super ulduzun şəxsi sərvətinin 1,6 milyard dollar olduğu bildirilir. 

Gözəl müğənni uzun müddətdir ki, amerikalı futbolçu Trevis Kelce ilə birlikdədir. Cütlüyün bu ilin sonunda evlənəcəyi gözlənilir.

Избранный
15
cebheinfo.az

1Источники