RU

"Yaşıl" istiqrazlara abunə yazılışı davam edir (VİDEO)

Bakı. Trend:

SOCAR-ın yeni "yaşıl" təyinatlı istiqrazlarına abunə yazılışıdavam edir.

Bu istiqrazlar, 5 il dövriyyədə olacaq vəsahiblərinə hər il sabit olaraq 6 faiz gəlirqazandıracaq. Kupon ödənişləri isə 3 aydan birhəyata keçiriləcək, bu da investorlar üçün müntəzəm gəlir axınıtəmin edir.

"Yaşıl" istiqrazları əldə etmək üçün son tarix fevralın28-dir.

SOCAR, "Yaşıl Gəlir, Yaşıl Gələcək" şüarı altında buraxdığı buistiqrazlarla yalnız vətəndaşlara etibarlı və sabit gəlirqazandırmaqla kifayətlənmir, eyni zamanda ekoloji cəhətdəntəmiz enerji mənbələrinin inkişafını da dəstəkləməkniyyətindədir.

İstiqrazlardan əldə olunan vəsait, ölkəmizdə "yaşıl" enerjilayihələrinə sərf ediləcək. Bu, Azərbaycanın "yaşıl" enerjisahəsindəki təşəbbüslərinə dəstək vermək məqsədini güdür.
“SOCAR Capital” şirkətindən bildirilib ki, bu istiqrazlar, yalnızmaliyyə baxımından deyil, eyni zamanda ekoloji cəhətdən də müsbəttəsir göstərəcək bir investisiya imkanıdır.

"Yaşıl" istiqrazları, 1 və 5 saylı “ASAN xidmət”mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, eləcə dəölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etməkmümkündür.

Ətraflı məlumat üçün 1999 çağrı mərkəzisocaristiqraz.az veb-saytına müraciət edəbilərsiniz.

Избранный
9
4
az.trend.az

7Источники