Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla danışmağa hazırdır.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml Amerika tərəfdən müvafiq siqnallar gözləyir:
“Putin hazırdır, siqnalları gözləyirik, hamı hazırdır. Ona görə də bu məsələdə qəhvə fincanında fala baxmağa dəyməz. Bir şey baş verən kimi, nəsə olarsa, sizə məlumat verəcəyik”.
Telegram kanalımız