RU

Xalq artisti 70 milyonluq evini sata bilmədi

Rusiyanın xalq artisti Sofiya Rotaru satışa qoyduğu Moskvadakı mənzilinin qiymətini endirsə də, yenə də alıcı tapa bilməyib. 

Turanpress.org Söz.az-a istinadla xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Xalq artistinin dostunun dediyinə görə, Zoologiçeskaya küçəsindəki üç otaqlı mənzilin qiyməti 70 milyon rubldan 65 milyon rubla endirilib:

"Bu pula asanlıqla mərkəzdə yeni mənzil ala bilərsiniz. Nəticədə Sofiya mənzili satmamaq qərarına gəldi".

Qeyd edək ki, 2024-cü ilin noyabrında Rotaru Moskvadakı mənzilini Nikolay Baskova satmağa çalışıb, lakin sənətçi sövdələşmədən imtina edib. Musiqi prodüseri Alina Sagina bildirib ki, Rotaru paytaxtdakı daşınmaz əmlakını satmaq məqsədi ilə şou-biznesdəki bir çox həmkarına zəng edib.

 

Xalq
Избранный
31
5
turanpress.com

7Источники