RU

İtlər öz sahiblərini yedilər - FOTOLAR

Rumıniyanın paytaxtı Buxarestdə 34 yaşlı Adriana Neaqo evində yarı yeyilmiş halda ölü tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, Pug itlərinə böyük sevgisi ilə tanınan Neaqo günlərlə zənglərə və mesajlara cavab verməyəndə ailəsini və dostlarını narahat olub.

Neaqonun ailəsi qızlarının vəziyyətini öyrənmək üçün qadının mənzilinə baş çəkmək qərarına gəlib. Ancaq qapını heç kim açmayıb.

Bunun üzərinə hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub və mənzilə zorla daxil olublar. İçəridəki mənzərə hamını şoka salıb. Neaqonun cansız cəsədini yerdə tapıblar və onun iki pug iti də onunla olub. 

Neaqonun sevimli itləri ac olduqları üçün bədbəxt qadının cəsədini yeməli olublar. Səlahiyyətlilər itlərin günlərlə ac qaldığını və buna görə də Neaqonun bədəninin hissələrini yeməyə başladığını açıqlayıb.

İlkin araşdırmalara görə, zorakılıq izlərinə rast gəlinməyib. Ölüm səbəbinin müəyyən edilməsi üçün yarılma aparılıb və polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İki it yerli sığınacağa yerləşdirilib.

Neaqonun bacısı Maria Alexandra, “Facebook”-da bir paylaşımda kədərli xəbəri təsdiqləyib.

Alexandra: “Başqa bir mələk cənnətə getdi. Gözəl bacım Anda Saşa artıq aramızda deyil" deyib.

Neaqonun dəfn mərasiminin yerli kilsədə keçiriləcəyi elan edilib. Tabutun qapağının açılmayacağı bildirilib.

Избранный
32
2
cebheinfo.az

10Источники