Azərbaycan Basketbol Liqasında XII tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün B qrupunda turun ilk oyunu keçirilib.
Günün yeganə qarşılaşması Lənkəranda baş tutub. Şəhərin eyniadlı komandası “Sumqayıt”la görüşüb. Sevinən tərəf qonaqlar olub. Çempionatın autsayderi növbəti məğlubiyyətini alıblar- 90:93.
Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" isə "Neftçi"ni 75:65 hesabı ilə məğlub edib.
Tura yanvarın 26-da yekun vurulacaq.