Yəməndə husi üsyançıları BMT əməkdaşlarını saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının bəyanatında bildirilib.
BMT-nin Yəmən üzrə daimi koordinatorunun ofisi neçə nəfərin girov götürüldüyünü açıqlamayıb.
“Dünən Sənadakı faktiki hakimiyyət onların nəzarəti altında olan ərazilərdə çalışan BMT əməkdaşlarını saxladı”, - məlumatda qeyd olunub.