Avropa İttifaqı ölkələri XİN başçıları yanvarın 27-də Rusiyaya qarşı yeni – 16-cı sanksiyalar paketini müzakirə edəcək.
Referans.az “Bloomberg” nəşrinə istinadla xəbər verir ki, toplantı zamanı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə istifadə olunması da müzakirəyə çıxarılacaq.
Məlumata görə, yeni sanksiyalar paketində Rusiyanın neft daşıyan “kölgə donanması”na qarşı məhdudiyyətlər nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları nəzərdən keçirməyə dəvət etmişdi. Onun sözlərinə görə, sanksiyalar artıq effektiv deyil və Ukraynada davam edən müharibəyə son qoymayacaq./globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта