Rusiya prezidenti Vladimir Putin hesab edir ki, o, amerikalı həmkarı Donald Trampla görüşməli və Rusiya və ABŞ-ı maraqlandıran bütün məsələləri sakit şəkildə müzakirə etməlidir.
Rusiya lideri bunu jurnalist Pavel Zarubinlə söhbətində bildirib. “Bu günün reallıqlarına əsaslanaraq görüşməyimiz və həm ABŞ-ı, həm də Rusiyanı maraqlandıran bütün sahələr haqqında sakit şəkildə danışmağımız daha yaxşı olardı”, – Putin bildirib.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Trampla danışıqlara hazır olduğunu açıqlamışdı. O qeyd edib ki, Moskva Vaşinqtondan siqnal gözləyir.
//Samir Qurbanov, Editor.az