“Əl-Hilal”ın futbolçusu Neymar karyerasını Braziliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Santos”a keçməyə yaxındır. Səudiyyə Ərəbistan və Braziliya klubları arasında danışıqlar sona çatır.
“Əl-Hilal” da Neymarın ayrılmasına müsbət yanaşır. “Santos”un 32 yaşlı braziliyalı hücumçunu 2025-ci ilin yayına qədər icarəyə götürəcəyi gözlənilir.
Ulduz futbolçu “Əl-Hilal”ın heyətində 2 matça çıxıb. O, 2013-cü ildə “Barselona”ya keçməzdən əvvəl “Santos”da çıxış edib.