RU

İsmayıl Kartalın yeni komandası rəsmən açıqlanıb

Türkiyənin "Fənərbağça" klubunun sabiq baş məşqçisi İsmail Kartalın yeni iş yeri bəlli olub.

90deqiqe.Az xəbər verir ki, 63 yaşlı mütəxəssis İran təmsilçisi "Persepolis"in "sükanı arxası"na gətirilib. Bu barədə asiyalıların mətbuat xidməti məlumat yayıb.

Müqavilənin detalları barədə açıqlama verilməyib.

Mütəxəssis karyerasında ilk dəfə Türkiyədən kənarda çalışacaq və Mustafa Dənizlidən sonra "Persepolis"də vəzifəyə gələn ikinci türk məşqçi olub.

Qeyd edək ki, "Persepolis" hazırda İran çempionatında 30 xalla turnir cədvəlinin dördüncü sırasında qərarlaşıb.

Избранный
50
7
90deqiqe.az

10Источники