Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalinin Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamedi qəbul edib.
Bu barədə “Report”un Ankara bürosuna diplomat özü məlumat verib.
O, bildirib ki, yanvarın 24-də baş tutan görüş Somali ilə Azərbaycan arasında ikitərəfli diplomatik əlaqələrin möhkəmlənməsi məqsədilə keçirilib.