Rusiyanın Aeroflot şirkətinə məxsus İstanbul-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Həştərxanda məcburi eniş edib.
Senzor.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, sərnişinlər təyyarədən təxliyə edilib. Təyyarənin nasazlıq səbəbindən eniş etdiyi bildirilib.
Sərnişinlərin sözlərinə görə, Aeroflot nümayəndələri əmin edirlər ki, gecə saat 2-də Moskvadan başqa bir təyyarə gəlib hamını paytaxta aparmalıdır.