Rusiya neftinə görə ABŞ-ın Hindistana təzyiqləri başladı.
Turkustan.az xəbər verir ki, ABŞ Hindistana bildirib ki, Rusiyanın neft-qaz sektoruna tətbiq edilən son sanksiyalara görə, Rusiya neftini daşıyan tankerlər fevralın 27-dək boşaldılmalıdır. Bu barədə jurnalistlərə Hindistanın neft və təbii qaz nazirinin müavini Pankaj Jain məlumat verib.
ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bir sıra dəqiqləşdirmələr verib, onlar aydınlaşdırıblar ki, son tarix 27 fevraldır. O, həmçinin qeyd edib ki, maliyyə əməliyyatlarının tamamlanma müddəti martın 12-dir.
Jain Hindistan hökumətinin mövqeyini təkrarlayıb ki, o, Rusiya neftini Qərb ölkələri tərəfindən müəyyən edilmiş 60 dollar/barel qiymətindən aşağı satdıqca və sanksiyalara məruz qalan Rusiya şirkətləri və gəmilərinin iştirakı olmadan almağa davam edəcək.
Bildirək ki, yanvarın 10-da ABŞ Rusiyanın neft-qaz sektoruna qarşı genişmiqyaslı sanksiyalar paketinin tətbiqini elan edib. Onların arasında “Qazprom Neft”, “Surqutnefteqaz”, “Qazprom LNG Portovaya” və “Novatek” şirkətinin “Kryoqaz-Vısotsk” şirkətləri, o cümlədən 183 tanker, treyder, neft-servis şirkəti, bir sıra neft şirkətlərinin rəhbərləri, nazirlik nümayəndələri də var.
Aytən Yaşar/ Turkustan.az