RU

BƏƏ Livandakı səfirliyini yenidən açıb

Bakı, TurkicWorld

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki ölkə arasında ikitərəfli əlaqələrin gücləndirilməsi çərçivəsində üç ildən çox müddətə bağlandıqdan sonra Livanın paytaxtı Beyrutdakı səfirliyinin yenidən açıldığını elan edib.

TurkicWorld xəbər verir ki, Xarici İşlər Nazirliyi müavini Ömər eş-Şəmisi də açıqlamasında, səfirliyin yenidən açılmasının, iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə daşınması üçün mühüm addım olduğunu, bunun da BƏƏ-nin Livanda sabitlik və inkişafı dəstəkləmək öhdəliyini əks etdirdiyini vurğulayıb.

BƏƏ Xarici İşlər Nazirliyi 13 yanvarda BƏƏ-nin Beyrutdakı səfirliyini yenidən açmaq hazırlıqları çərçivəsində Livana heyət göndərildiyini bildirmişdi.

Qeyd edək ki, Əbu Dabi rəhbərliyi, Livan İnformasiya Naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamaları səbəbindən Beyrutdakı diplomatik nümayəndələrini geri çağırmış və vətəndaşlarının Livana səfərlərini qadağan etmişdi.

Избранный
7
1
turkic.world

2Источники