ABŞ ukraynalıların ölkəyə girişinə müvəqqəti qadağa tətbiq edib.
“Cebheinfo.az” xəbər verir ki, bu qadağaya səbəb Donal Tramp administirasiyasının yeni miqrasiya siyasətinin tətbiqidir.
Belə ki, ABŞ-nin sabiq prezidenti Co Baydenin “Ukrayna üçün birləşək” adlı miqrasiya siyasəti Tramp tərəfindən dayandırılıb.
Qeyd edək ki, Bayden dönəmində bu proqram çərçivəsində 150 mindən çox ukraynalı ABŞ-a köçərək orada yaşamağa başlayıb.