Son olaraq "Beşiktaş"da baş məşqçilik edən Covanni van Bronxost özünə yeni iş tapıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssin yeni ünvanı UEFA olub. 2 aydır işsiz qalan hollandiyalı sözügedən qurumda matç analitiki vəzifəsində çalışıb.
Qeyd edək ki, Bronxostun "Beşiktaş"dakı macərası 178 gün davam edib. O, mövsümə əzəli rəqibi "Qalatasaray"ı 5-0 məğlub edərək Super Kubok zəfəri ilə başlamışdı. Lakin sonradan gözlənilən performansı göstərə bilməyib.
Ağ-qaralar keçirdikləri bütün oyunlarda 10 qələbə, 4 bərabərlik və 6 məğlubiyyət alıb.
Tural
Milli.Az