RU

Nüvə müharibəsi başlayır? - Rusiya ilə NATO...

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “TASS”a müsahibəsində bildirib ki, beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət kəskinləşir, nüvə dövlətlərinin iştirakı ilə hərbi toqquşma riskləri artır. 

 

“Dünyada münaqişələrin artması və geosiyasi rəqabətin kəskinləşməsi fonunda böyük dövlətlər arasında, o cümlədən nüvə dövlətlərinin iştirakı ilə hərbi toqquşma riskləri artır”, - o qeyd edib.

 

Sözügedən açıqlama nüvə müharibəsinin başlamasına işarə ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya ilə NATO arasında artan gərginlik nüvə silahının tətbiqi ilə bağlı ehtimalları çoxaldır:

 

“Rusiya itirməyə nəyinsə qalmadığından əmin olanda nüvə müharibəsinə başlaya bilər. Amma bu onun özünə də asan başa gəlməyəcək. Adekvat addımlar atılacaq. Odur ki, hələlik Moskva da, Qərb də təmkinli davranır. ABŞ və müttəfiqləri Kremli tam "küncə sıxmaq" istəmirlər.  Əslində bu məsələ Qərb müttəfiqləri arasında ciddi fikir ayrılıqları yaradır. Bəziləri Rusiyanın təhdidlərini real qiymətləndirir, bəziləri isə sadəcə populist bəyanat kimi dəyərləndirir. Bununla bağlı olaraq bəzi dövlətlər Kremlə təzyiqi artırmaqda, bəziləri isə, əksinə, azaltmaqda israrlıdırlar”.

 

Ekspert xatırladıb ki, Rusiya indiyə kimi nüvə silahının tətbiqi ilə bağlı dəfələrlə xəbərdarlıq edib:

 

“Amma hələ ki nüvə silahı tətbiq edilməyib. Bu, Rusiyanın sözünə inamı azaldır. Bəzi dövlətlər Kremlin oxşar xəbərdarlıqlarına artıq qeyri- ciddi yanaşırlar. Bunu rəsmi Moskva da başa düşür. Lakin nüvə müharibəsi ehtimalı öz aktuallığını qoruyur. İndi çox şey ABŞ Prezidenti Donald Trampın siyasətindən asılı olacaq”.

 

Günay Rəsulqızı
 

Избранный
8
sfera.az

1Источники