RU

Baş məşqçiyə təzyiqlər artıb, hər gün istefa xəbəri yayıla bilər

Xəbəriniz var yəqin, «Kəpəz»ə yeni sponsor gəlib.

Maliyyəsi artıb klubun.

SOCAR-a bağlı şirkətin istəkləri də böyükdür.

Gəncə futbolunu dirçəltmək, «Kəpəz»in əvvəlki şöhrətini geri qaytarmaq kimi çoxsaylı planlar qurublar.

Səs-sorağı sonra çıxmayacaq, tez çıxacaq.

Hələlik ilkin məqsəd və məram Premyer Liqada yerin qorunmasıdır. Yeni sponsor «Kəpəz»in bazasına ayaq basandan bəri Azər Bağırova təzyiqlər də artıb.

Basqıların miqyası o dərəcədə genişdir, hər gün istefa xəbəri yayıla bilər. «Getdi» və ya «göndərildi» məzmununda.

Qısacası, taleyi tükdən və ipdən asılıdır. Bu təzyiqlərin fonunda «Turan Tovuz» üzərində parlaq qələbənin ləzzətini çıxara bilməsi az inandırıcıdır.

Fürsəti yoxdur ki, 1 gün o həzzi tam yaşasın.

Tovuzda qeydə alınan 5:2 hesablı zəfər «Kəpəz»in bir xüsusiyyətini də gün işığına sərdi. Komandanın oyunu tutdu ha, qollar gələcək.

Buna kimi əsas problem yaradılmış qol epizodlarından yararlanma faizinin çox aşağı olması idi.

Hər oyunda minimum 2-3 belə fürsəti boşa verirdilər, qərb derbisində o «adət»dən kənara çıxdılar.

Azər Bağırov yarımmüdafiə və hücum xətləri arasında rabitəni sıxlaşdırmağın, yaxınlaşdırmağın yolunu tapıb, deyəsən.

ELNUR

Избранный
13
50
sportinfo.az

10Источники