RU

Azərbaycanın Pakistan və Türkiyə ilə genişlənən əlaqələri geosiyasi təhdidlərə adekvat cavabdır

Bakı. Trend:

Sülh imitasiyası yaradan Ermənistanın son zamanlar regiondasabitliyi təhdid edən davranışları, habelə Amerika BirləşmişŞtatları ilə imzaladığı strateji tərəfdaşlıq sazişi fonundaAzərbaycan strateji müttəfiqləri olan Türkiyə və Pakistanla siyasiməsləhətləşmələrini davam etdirir, mümkün geosiyasi təhdidlərəqarşı adekvat tədbirlər görür. Son günlərdə rəsmi Bakı hər iki ölkəilə siyasi təmaslarının artıraraq, siyasi, iqtisadi, hərbi-texnikivə digər müstəvilərdə əməkdaşlığın genişləndirilməsi istiqamətindəmüzakirələr aparır. Türkiyənin xarici işlər naziri Hakan Fidanınbir neçə gün əvvəl Bakıya səfəri, habelə Azərbaycanın xarici işlərvə müdafiə sənayesi nazirliklərinin yüksək səviyyəli nümayəndəheyətlərinin Pakistana səfəri, İslamabadda aparılan siyasiməsləhətləşmələr də bu baxımdan diqqəti xüsusilə cəlb edir.Azərbaycanın həm Pakistan, həm də Türkiyə ilə strateji müttəfiqlikmünasibətlərinin mövcudluğu üçtərəfli formatda əməkdaşlıq üçüngeniş imkanlar açıb. Son illərdə üç qardaş ölkənin dövlətqurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasındaçevik münasibətlər formalaşıb. Xarici işlər nazirlərinin görüşlərizamanı siyasi, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya,humanitar sahələr də daxil olmaqla, qarşılıqlı maraq doğuranistiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirəolunub. Pakistan, Türkiyə və Azərbaycan yerləşdikləri bölgələrdəsülhün, sabitliyin, tərəqqinin təşviqi, üzləşdikləri qlobaltəhdidlərə – terrorçuluğa, islamafobiyaya, müsəlman azlıqlarıntəqibinə, kibercinayətkarlığa, hibrid müharibə ilə mübarizəsahələrində səylərini gücləndirəcəklərini bəyan ediblər. RəsmiAnkara və İslamabadın İkinci Qarabağ Müharibəsi dövründə, eləcə dəlokal antiterror tədbirləri zamanı Azərbaycanın haqlı mövqeyinibirmənalı müdafiə etməsi, Ermənistanın işğalçılıq siyasətinipisləyən bəyanatlar verməsi, eləcə də qlobal informasiya dəstəyirəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir. Türkiyə və Pakistanınötən 30 ildə işğalçı Ermənistanı rəsmən tanımaması, bu ölkə iləhansısa diplomatik əlaqələr qurmaması onların Azərbaycanlamünasibətlərə necə mühüm dəyər verdiklərinin əyani sübutudur.Pakistan parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktıkimi tanıyan azsaylı ölkələrdən biridir. Azərbaycan öz növbəsindəhər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyükəkəmiyyət verib, bu strateji tərəfdaş ölkələrin problemlərinəhəssas yanaşıb, Kəşmir və Kipr problemləri ilə bağlı dəstəyiniəməli şəkildə ifadə edib. İslam Konfransı Təşkilatı, İslamƏməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlubeynəlxalq təşkilatların üzvü olan Türkiyə və Pakistanın müsəlmandünyasında böyük nüfuzu var. Bu ölkələrlə üçtərəfli formatdaəməkdaşlıq Azərbaycana müsəlman aləmində mənafelərini təmin etmək,daha çox müsəlman dövlətinin dəstəyini qazanmaq imkanı yaradır.Ötən ilin dekabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olansəkkiz İslam ölkəsini birləşdirən D-8-ə rəsmən üzvlüyü Azərbaycanınhəm Türkiyə, həm də Pakistanla əlaqələrinə yeni dinamika verib.Ümumilikdə, hər üç ölkənin strateji müttəfiqlik əlaqələridiplomatik sferada maraqların uzlaşdırılmasına imkanlar açır.Türkiyə, Pakistan və Azərbaycan fəaliyyətlərini kordinasiya edərəkbeynəlxalq təşkilatlarda bir-birinə fəal siyasi dəstək verir. Hərüç ölkə ən çətin və xoş günlərdə biri-birinin yanındadır. Onu daxatırladaq ki, üç ölkənin parlament sədrlərinin 2021-ci il tarixdəimzaladıqları Bakı Bəyannaməsində mövcud əlaqələrindərinləşdirilməsi üçün parlamentar dialoqun və əməkdaşlığıngücləndirilməsi, ölkələrin yerləşdikləri bölgələrdə sülhün,sabitliyin, təhlükəsizliyin və inkişafın, qlobal təhdidlərə qarşıbirgə mübarizə məsələləri əksini tapıb. Bakı Bəyannaməsi üç ölkəninxarici işlər nazirlikləri ilə yanaşı, parlamentlərinin dəfəaliyyətlərinin kordinasiyasına, onların beynəlxalq təşkilatlardabir-birilərinə fəal siyasi dəstək vermələrinə, qarşılıqlı maraqdoğuran məsələlərdə vahid mövqedən çıxış etmələrinə zəminformalaşdırıb. Türkiyə və Pakistanın nüfuzlu orduya, müdafiəsənayesi potensialına malik olmaları Azərbaycanın bu stratejitərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığına və təcrübəmübadiləsinə imkan yaradıb. Hər üç ölkənin müdafiə nazirlikləriarasında qarşılıqlı təcrübə mübadiləsinin və əməkdaşlığındərinləşdirilməsi istiqamətində məsləhətləşmələr həyata keçirilir.Bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz ŞərifinAzərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIIIiclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olanmüdafiə sənayesi nazirliyinin rəhbərliyini qəbul etməsi də bubaxımdan diqqəti çəkir. İki ölkənin hərbi sənaye sahəsindəəməkdaşlığının dərinləşdirilməsi üçün hazırda geniş potensialmövcuddur. Bundan əlavə, Azərbaycan Türkiyə ilə yanaşı, Pakistandanmüasir təyyarələrin və digər hərbi texnikaların alışını həyatakeçirir. Türkiyə və Pakistan şirkətlərinin Azərbaycanın azadedilmiş ərazilərində abadlıq və quruculuq işlərində yaxındaniştirakının təmini ölkələrimiz arasında iqtisadi əlaqələrininkişafı baxımından yeni üfüqlər açır. Bundan əlavə, PakistanAzərbaycanın tranzit-kommunikasiya imkanlarından istifadə etməklə,Qərbə və Türkiyəyə alternativ çıxış imkanlarını genişləndirməkniyyətindədir. Hər iki ölkə ilə sıx əməkdaşlıq Azərbaycana SilahlıQüvvələrini və müdafiə sənayesi potensialını daha da gücləndirməkləyanaşı, istənilən geosiyasi təhdidi neytrallaşdırmaq baxımından daəhəmiyyətlidir.

MTM Analitik Qrup

Избранный
17
50
az.trend.az

10Источники