RU

Azərbaycanın lideri ilə görüşmək istəyənlərin sayı çoxdur - Tural Gəncəliyev

Yazını böyüt
Yazını kiçilt

“Davos Forumu dünyada gedən siyasi, iqtisadi məsələlərə yeni bir baxışın formalaşdırılmasına unikal imkan yaradır. Bu, ABŞ-də yeni prezidentin seçilməsi və yeni geosiyasi dialoqlar fonunda önəmlidir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, Davos Forumu dünyanın siyasi, iqtisadi beynəlxalq təşkilatlarını özündə birləşdirən ən nüfuzlu platformalarından biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Foruma dəvət edilməsi və orada iştirakı isə Azərbaycana verilən böyük dəyərin göstəricisidir.
Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlərdən sonra ölkəmizə çox böyük diqqət göstərilir. Azərbaycanın Cənubi Qafqazda, Xəzər və Avrasiyada oynadığı mühüm rolun fonunda ölkəmizlə əməkdaşlıq qurmaq istəyənlər çoxdur.

“Davos Forumunda Prezidentlə görüşmək istəyən dünya liderləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanla əməkdaşlıq etmək, əlaqələri genişlndirməyə can atırlar. Azərbaycan bütün tərəfdaşları, beynəlxalq ictimaiyyət üçün önəmli partnyordur. Qərbin, Avropanın enerji təhlükəsizliyində oynadığı rol, eyni zamanda dünyanın diqqətini çəkən post-kommunikasiya xətlərinin üzərində yerləşən açar ölkə, eyni zamanda savaşı qazanmış güclü dövlət, yeni reallıq yaratmış Azərbaycanın lideri ilə görüşmək istəyənlərin sayı çoxdur”.

Избранный
12
hafta.az

1Источники