RU

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirildi (FOTO)

Bakı. Trend:

23-24 yanvar 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsiFondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıqməqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib.

Trend xəbər verir ki, iclasdaFondun üzv ölkələri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan vəTürkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərininnümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.

Fondun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraqtəşkilatın 2024-cü il ərzində gördüyü işlərdən bəhs edib vəxüsusilə vurğulayıb ki, Fond tərəfindən ötən il 74-dən çox layihəvə tədbir həyata keçirilib. Bu konteksdə Aktotı Raimkulova:Astanada keçirilən Sammitin bəyannaməsinə əsaslanaraq BişkekdəAlıkul Osmonovun ev-muzeyinin bərpa və rekonstruksiya işlərininbaşa çatdırılması, “Türk Dünyasına Baxış 2040” sənədini və TURKTIMEtəşəbbüsünü rəhbər tutaraq Türk dünyası kataloqunun hazırlanması,Beşinci Dünya Köçəri Oyunlarının dəstəklənməsi, İstanbuldatarixi-memarlıq abidələri idarəçiləri üçün Türk mədəni irsininidarə olunması ilə bağlı bilik və təcrübə mübadiləsi proqramınınkeçirilməsi, “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türkədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” kitabseriyalarının təsisi, Bakıda “Türk dünyasının tarixi-mədəni irsininöyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi nəzərindən”adlı beynəlxalq konfransın keçirilməsi, UNESCO-nun Parisdəkimənzil-qərargahında türk dünyasının görkəmli alimi MahmudKaşğarinin XI əsrdə qələmə aldığı «Dīwān Lughāt at-Turk» adlı türkdillərinin ilk ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuşbeynəlxalq elmi konfrans və sərginin keçirilməsini və digər bu kimitədbirləri qeyd edib.

İclasın gündəliyinə türk xalqlarının mədəni irsinin təbliğiistiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri daxiledilib.

Dövlət qurumlarının nümayəndələri və Fondun əməkdaşları qurumunnormativ sənədlərinə dəyişiklikləri müzakirə edib, Fondun 2025 və2026-cı illər üçün Fəaliyyət Planlarına daxil edilmiş türkdünyasının zəngin irsinin təbliği, qorunması və bərpasına yönəlmişlayihələrin ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunmalıdır ki, cari il Fondun Şurasında QazaxıstanRespublikası sədrlik edir və təşkilatın ikinci Şura toplantısıFonda Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə 7fevral 2025-ci il tarixində Astanada keçiriləcək.

Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Türk
Избранный
10
7
az.trend.az

10Источники