Maka Boçorişvili Tbilisidəki Ermənistan səfiri Aşot Smbatyan ilə görüş keçirib.
Gürcüstan xarici işlər naziri (XİN) Maka Boçorişvili Tbilisidəki Ermənistan səfiri Aşot Smbatyan ilə görüş keçirib.
“Operativ Media” xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, tərəflər görüşdə Tbilisi və İrəvan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Vurğulanıb ki, yanvarın sonunda Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək.
XİN-dən bildirilib ki, gələn həftə, həmçinin Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.