Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı bütün layihələri dayandırmaq qərarına gəlib.
Bu barədə "Reuters" mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, dondurulmuş layihələr arasında sağlamlıq proqramları, uşaq peyvəndləri, eləcə də məktəbə dəstək proqramları var.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio 90 gün ərzində bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dərhal dayandırmağı əmr edib. Məlumata görə, Dövlət Departamentinin əməkdaşlarına demək olar ki, bütün mövcud xarici yardım qrantlarının dondurulması əmri verilib. Bununla belə, istisnalar da var. Xüsusilə, İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək.
Qeyd olunur ki, Nümayəndələr Palatasının bir neçə demokrat üzvü artıq Rubionu digər ölkələrə yardımı dayandırmaq əmrini ləğv etməyə çağırıb./publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта