RU

“Rusiya Ermənistana həm Birinci Qarabağ, həm də Vətən müharibəsində dəstək verib”

Rusiyanın işğal dönəmində Ermənistana genişmiqyaslı hərbi yardımlar göstərməsi ilə bağlı yeni faktlar məlum olub. Bəlli olub ki, Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana hərbi yardımları daha ciddi və mütəmadi hal alıb.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu, Rusiyanın Birinci Qarabağ müharibəsi zamanı da Ermənistana ciddi yardımlar göstərdiyini vurğulayıb:

 

“Rusiya Birinci və İkinci Qarabağ müharibəsində Ermənistana açıq və gizli şəkildə daim dəstək verib. Rusiya Birinci Qarabağ müharibəsində bunu açıq edirdi. Azərbaycan o zaman rus hərbi maşınına qarşı da savaşırdı. Bəlkə də Rusiya olmasaydı, biz Birinci Qarabağ müharibəsində torpaqlarımızı uğurla müdafiə edər, onların işğal edilməsinin qarşısını alardıq.

 

İkinci Qarabağ müharibəsində isə Rusiya Ermənistana gizli şəkildə dəstək verməyə çalışdı. Bu barədə faktlar müharibə dönəmində də ortadaydı. Azərbaycanın dövlət başçısı hələ o zaman vurğulayırdı ki, “İsgəndər” raketləri Ermənistana verilməməli id.

Bu da bir reallıqdır ki, Rusiya heç vaxtı Azərbaycaan qarşı təxribatçı siyasət yürütdüyünü etiraf etməyib. Rusiya Azərbaycanın güclənməsini, onun müstəqil, azad siyasət yürütməsini istəməyib. Azərbaycanın isə müstəqil dövlət kimi hər bir məsələyə öz yanaşması var və ölkəmiz ona yönəlik hər bir təxribata cavab vermək əzmindədir.

 

Rusiya öz səmasında vurulan və Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı həqiqəti dilə gətirmək, kompensasiya ödəmək əvəzinə, ölkəmizə qarşı təxribatlar səsləndirir. Biz də buna cavab olaraq Rusiyanın təxribatlarını ifşa etməli, əsl həqiqətləri cəsarətlə dilə gətirməliyik”.

 

Seymur ƏLİYEV

 

Избранный
3
50
moderator.az

10Источники