Xaçmaz rayonunun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki kiçik göldə kişi meyiti aşkarlanıb.“Ulusum”.az xəbər verir ki, APA-nın yerli bürosu xəbər verir ki, cəsədin Xaçmaz rayonunun Ağyazı kənd sakini 39 yaşlı Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu məlum olub.Əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. İlkin məlumata görə, ölən şəxs sərxoş vəziyyətdə bağ sahəsinə hasardan aşaraq daxil olub, daha sonra gölə düşüb.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Diqqət Çəkənlər
Fransa gömrükçüləri "Viagra" tipli dərmanla qarışdırılmış rekord həcmdə bal müsadirə ediblər
HAMAS şənbə günü azad ediləcək daha dörd israilli girovun adını açıqlayıb
Maltanın prezidenti Roma Papasına "Tecar" adlı terapevtik cihaz hədiyyə edib