RU

Azərbaycan xaricə pambıq lifini daha ucuz qiymətə ixrac edib

2024-cü ildə Azərbaycandan 178 milyon 164 min dollar dəyərində 119 min 859 ton pambıq lifi ixrac olunub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2023-cü ildə Azərbaycandan 122 milyon 709 min dollar dəyərində 70 min 212 ton pambıq lifi ixrac olunmuşdu. 

Beləliklə, pambıq lifi ixracı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 55 milyon 455 min dollar və ya 45,2%, miqdar ifadəsilə 49 min 647 ton və ya 70.7% artıb.

Ötən il ixrac olunan 1 ton pambıq lifinin orta statistik dəyəri 1486 dollar təşkil edib. Bu qiymət 2023-cü ildə 1748 dollar idi. Beləliklə, Azərbaycandan pambıq lifi ixracı orta hesabla 262 dollar ucuzlaşıb. 

Ötən il pambıq iplik ixracı isə dəyər ifadəsilə 2 milyon 734 min dollar və ya 8,7% azalaraq 28 milyon 551 min dollara düşüb, miqdar ifadəsilə ilə 361 ton artaraq 11 min 548 tona yüksəlib.

pambıq lifi
Избранный
12
50
marja.az

10Источники