RU

Qarabağa gedən ilk səfir: "Sağımız da, solumuz da mina idi..."

Azərbaycanda tarixi bir dönəmdə vəzifəyə başladıq. Tarixi bir problemin həllinə dəstək olduq.

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

O, Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyə arasında münasibətləri daha da yüksək səviyyəyə çıxardığını deyib.

Cahit Bağçı Qarabağa ilk dəfə səfər edən səfir olduğunu vurğulayıb.

"Cənab prezident İlham Əliyevlə görüşdə demişdim ki, icazə verirsizsə, Qarabağı görmək istəyirəm. Prezidentimiz Qarabağa gəlmədən mənim oranı görməyim lazım idi. Çünki, mən cənab prezidentimizi hava limanında qarşılaşdığım zaman məndən soruşacaq ki, Cahit, Qarabağı görübsənmi? Mən özü ilə 9 il işləmişəm və nə soruşacağını təxmin edirdim. Mən ona "görmədim" deyə bilmərəm. Ona görə icazə verirsinizsə, Qarabağa gedim və görüm. Prezidentin icazəsi ilə Qarabağa ilk səfər edən səfir oldum".

O xatırladıb ki, Qarabağa ilk səfər çox çətin olub. "Elə bir vəziyyət idi ki, sağımız da, solumuz da mina. Torpaq yolla səfərimiz 21 saat davam etdi. Füzuli, Şuşada olduq. Zəfər yolu ilə getmişdik. İndi bu yol asfaltdır. Amma Zəfər yolu əsgərlərin 40 kiloqramlıq yüklə piyada qalxdığı dağ yoludur. Bu yolda maşınlar 10 kilometrlik cığır açmışdı".

Diplomat vəzifədə olduğu 4 il ərzində tarixi hadisələrə şahidlik etdiyini, bu barədə xatirə kitabı yazacağını bildirib.

Избранный
7
1
modern.az

10Источники